» » Gürcüstan baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

Gürcüstan baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

  • 26-06-2017, 12:12
  • dunya
  • 67
Gürcüstan baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib
Mərasimdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, ölkəsində dini icmalara yaradılan şəraitdən danışıb.
O, bildirib ki, Gürcüstan hökuməti dini icmaların normal fəaliyyət göstərmələri üçün dövlət büdcəsindən vəsait ayırıb və bu yardım dini qurumların maddi-texniki bazasının gücləndirilməsinə sərf olunur.
Baş nazir Georgi Kvirikaşvili Türkiyədə törədilən qanlı terror hadisəsi ilə əlaqədar Gürcüstan xalqı və hökuməti adından türk xalqına başsağlığı verib. Bu terror hadisənin bütünlükdə insanlığa qarşı qatı cinayət adlandırıb. Gürcüstanın terroru lənətlədiyini, belə bir ağır gündə Türkiyənin yanında olduqlarını bildirib.
Gürcüstan hökumətinin başçısı müqəddəs Ramazan bayramının əhəmiyyətindən danışıb, İslam dininin sülh, əmin-amanlıq və bərabərlik dini olduğunu qeyd edib.
Qərbi Gürcüstan müsəlmanlarının müftisi Bekler Kamaşidze göstərilən diqqət və qayğıya, iftar süfrəsinin təşkilinə görə minnətdarlıq edib. Gürcüstandakı müsəlmanların dövlətin siyasi xəttinin dəstəklədiklərini və digər dini təriqətlər ilə dostluq şəraitində yaşamaqda maraqlı olduqlarını dilə gətirib.
Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbərləri, Azərbaycanın, Türkiyənin, Türkmənistanın bu ölkədəki səfirləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər. /xeber.ge/

Gürcüstan baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib
Gürcüstan baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib
Gürcüstan baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib
Gürcüstan baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib
Gürcüstan baş naziri müsəlmanlar üçün iftar süfrəsi təşkil edib
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930