» » Gürcüstanda seçki məntəqələrinin 50,41 faizi üzrə hakim “Gürcü arzusu” partiyası liderliyini qoruyub

Gürcüstanda seçki məntəqələrinin 50,41 faizi üzrə hakim “Gürcü arzusu” partiyası liderliyini qoruyub

  • 9-10-2016, 09:11
  • dunya
  • 143
Gürcüstanda seçki məntəqələrinin 50,41 faizi üzrə hakim “Gürcü arzusu” partiyası liderliyini qoruyub Gürcüstanda parlament seçkilərində məntəqələrin yarısı üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin yarıdan çoxunu, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası isə ¼ - dən çoxunu toplayıb.

DJB.Az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında bildirir.

“3702 seçki məntəqəsindən 1866-sı (50,41 faiz) üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, “Gürcü arzusu” partiyası səslərin 50,56 faizini və ya 396 min 817 seçicinin etimadını, “Vahid Milli Hərəkat” partiyası isə 26,51 faizini və ya 208 min 056 səs toplayıb. Digər partiyalar beş faizlik həddi adlaya bilməyiblər”, - deyə MSK-nın saytında bildirilir.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031