» » Kaladze: “Ermənistanın baş naziri ilə Abxaziya dəmir yolunun bərpası barədə müzakirə aparılmayıb”

Kaladze: “Ermənistanın baş naziri ilə Abxaziya dəmir yolunun bərpası barədə müzakirə aparılmayıb”

  • 27-02-2017, 16:42
  • dunya
  • 127
Kaladze: “Ermənistanın baş naziri ilə Abxaziya dəmir yolunun bərpası barədə müzakirə aparılmayıb” “Ermənistanın baş naziri ilə görüşdə Abxaziya dəmir yolunun açılması barədə söhbət olmayıb”.

Gürcüstan bürosunun verdiyi məlumata görə, bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib. “Bu, müxalifətin fikirləridir və yalan məlumatdır. Abxaziya dəmir yolunun açılışı haqqında Ermənistanın baş naziri ilə danışıqlar aparılmayıb. Bu, sadəcə olaraq müxalifətin ittihamlarıdır”, - deyə o, söyləyib.

Qeyd edək ki, bu günlərdə Ermənistan baş nazirinin Gürcüstana səfəri çərçivəsində Abxaziya dəmir yolunun bərpası barədə məsələnin müzakirə olunacağı haqda fikirlər səsləndirilmişdi. K. Kaladze isə belə bir mövzuda müzakirə aparılmadığını bildirib.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031