» » Ermənistan XİN rəhbəri Moskvaya səfər edəcək

Ermənistan XİN rəhbəri Moskvaya səfər edəcək

  • 21-02-2017, 05:08
  • dunya
  • 70
Ermənistan XİN rəhbəri Moskvaya səfər edəcək  Fevralın 21-22-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfər edəcək.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər verib.

Səfər çərçivəsində E. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

“Ermənistan və Rusiya xarici işlər nazirləri həmçinin Dağlıq Qarabağ münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə edəcəklər”, məlumatda deyilir.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930