dini radikalizm və ekstremizmlə mübarizə

NATO ölkələrinin xarici işlər nazirləri bu tarixdə görüşəcək

NATO ölkələrinin xarici işlər nazirləri bu tarixdə görüşəcək


NATO ölkələrinin xarici işlər nazirləri Norveçdə keçiriləcək qeyri-rəsmi görüşdə bir araya gələcək.

Bu haqda NATO açıqlama yayıb.

Toplantının 31 may-1 iyun tarixlərində paytaxt Osloda keçiriləcəyi qeyd olunub.

NATO-nun Baş katibi Yens Stoltenberq mövzu ilə bağlı verdiyi şərhdə, “Norveçin təklifinə görə minnətdaram. Doğma şəhərimdə NATO xarici işlər nazirləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyib.

Stoltenberq bildirib ki, görüşdə Ukraynadakı müharibə ilə dəyişmiş təhlükəsizlik vəziyyəti və Ukraynaya dəstək müzakirə olunacaq.

Görüş həm də iyulun 11-12-də Litvada keçiriləcək NATO Liderlərinin Sammitinə hazırlıq xarakteri daşıyır.

Oxunub: 129
Oxşar xəbərlər
SON XƏBƏRLƏR