dini radikalizm və ekstremizmlə mübarizə

Dneprə raket hücumunda ölənlərin sayı artdı

Dneprə raket hücumunda ölənlərin sayı artdı


Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Bu barədə Dnepropetrovsk merri Valentin Rezniçenko "Telegram"da məlumat yayıb.

"Xilasedicilər gecə saatlarında Rusiya raketi ilə dağılmış hündürmərtəbəli binanın dağıntıları altından daha bir neçə ölü çıxarıblar. Bu zaman düşmənin hücumu binanın 35 sakininin həyatına son qoyub. Onların arasında iki uşaq da var", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, dağıntılar altında olan insanların axtarışı davam edir.

Xilasetmə əməliyyatı təxminən 40 saat davam edir.

Oxunub: 143
Oxşar xəbərlər
SON XƏBƏRLƏR