» » Tramp-Ərdoğan danışığının təfərrüatları açıqlanıb

Tramp-Ərdoğan danışığının təfərrüatları açıqlanıb

  • 8-02-2017, 11:39
  • dunya
  • 58
Tramp-Ərdoğan danışığının təfərrüatları açıqlanıb ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub. “RİA Novosti”inin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.

“Prezident Tramp ABŞ-ın NATO üzrə strateji tərəfdaşı və müttəfiqi olan Türkiyəyə dəstək verdiyini bir daha bəyan edib və İŞİD-lə mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib”, - deyə Ağ Evin məlumatında qeyd olunub.

“Anadolu”nun xəbərinə görə, bəyanatda bildirilir ki, iki ölkə arasında sıx, uzunmüddətli münasibətlər mövcuddur, habelə terrorçuluğun bütün formalarına qarşı birgə mübarizəyə sadiqlik var.

Türkiyə prezidenti terrorla mübarizədə mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, iki ölkəni möhkəm dostluq və müttəfiqlik əlaqələri bağlayır.

Ərdoğan həmçinin Trampa prezidentlik dövründə uğurlar arzulayıb.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031