“Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi artmaqda davam edir. Lakin yeni məhsullar və birgə layihələr hesabına, bu daha da zənginləşdirilməlidir”.
Djb.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumunun açılışında bildirib.
O, 2021 -ci ilin birinci yarısında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin 17,2 faiz artdığını deyib.
Overçuk Rusiya şirkətlərinin Ermənistanda təqdim olunacaq yeni layihələri nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.
Oxunub: 325