dini radikalizm və ekstremizmlə mübarizə

Bu ölkədə vaksin vurdurmayanlara məhdudiyyətlər qoyulur

Bu ölkədə vaksin vurdurmayanlara məhdudiyyətlər qoyulur

Koronavirusun dördüncü dalğası ilə mübarizə aparan Yunanıstan vaksin vurdurmayan şəxslərə bir sıra məhdudiyyətlər tətbiq edəcək.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu məhdudiyyətlərə test məcburiyyəti və qapalı məkanlara giriş yasağı daxildir.

Bildirilib ki, ölkədə vaksinsiz şəxslər kafe, restoran və barlara girə bilməyəcək.

Peyvənd vurdurmayanlar idman salonları, teatrlar və muzeylər kimi qapalı məkanlara ancaq son 48 saat içində verilən COVID-19 testi və ya immunitet sertifikatı təqdim etməklə daxil ola biləcəklər.

Son altı ayda virusa yoluxmayan vaksinsiz işçilər həftəlik test verməyə məcbur olacaqlar. Bu işçilər turizm və ya yemək xidmətləri kimi sektorlarda işləyirlərsə, bu testlər həftədə iki dəfə tələb ediləcək.

Testin ödənişini isə sözügedən şəxslər özləri verəcək və bu qiymət hər test üçün 10 avrodur.

Oxunub: 397
Oxşar xəbərlər
SON XƏBƏRLƏR