dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğanla Bayden 3 məsələdə razılaşdı

Ərdoğanla Bayden 3 məsələdə razılaşdı

NATO Zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında baş tutan görüşdə 3 məsələdə razılıq əldə olunub.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.

Bildirilir ki, görüşdə tərəflər yerli məsələlərdə birgə əməkdaşlığın əhəmiyyətini müzakirə etməklə yanaşı, Əfqanıstan, Liviya və Suriya məsələlərində də razılıq əldə edib.

Hər iki lider Liviyanın gələcəyində Xəlifə Haftarın, Suriyanın gələcəyində isə Bəşər Əsədin olmaması fikrində razılığa gəliblər.

Razılığa əsasən, ABŞ Əfqanıstandan çıxdıqdan sonra Türkiyə Kabil Beynəlxalq hava limanının təhlükəsizliyini qoruyacaq.

Eyni zamanda, Ankara Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarına da ev sahibliyi edəcək.

Oxunub: 1 474
Oxşar xəbərlər
SON XƏBƏRLƏR