Solçu radikal “Azad Peru” Partiyasının nümayəndəsi Pedro Kastilyo Peruda keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.
Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, ölkənin Seçki Proseslərinin Milli Ofisi tərəfindən dərc edilmiş məlumatlarda öz əksini tapıb.
Belə ki, bülletenlərin 99,2%-i hesablanıb. Kastilyoya 8 800 081 (50,198%) seçici, onun rəqibi - “Xalq gücü” Partiyasından namizəd Keyko Fuhimoriyə isə 8 730 535 (49,802%) seçici səs verib. Səsvermə hüququna malik vətəndaşlardan 25%-dən çoxu (6,3 milyon) seçki məntəqələrinə gəlməyib.
Seçilmiş prezident vəzifəsinin icrasına iyulun 28-də başlayacaq. Onun səlahiyyət müddəti beş il təşkil edir.
Daha əvvəl K.Fuhimori Peruda keçirilmiş prezident seçkilərinin ikinci turunda pozuntuların baş verdiyini bəyan etmişdi.
Ötən gün Monqolustanın yeni Prezidentinin adı məlum olub.
Oxunub: 874