dini radikalizm və ekstremizmlə mübarizə

Müdafiə naziri Ermənistan MN-in binasının üzərinə helikopterlə endi - AKSİYALAR

Müdafiə naziri Ermənistan MN-in binasının üzərinə helikopterlə endi - AKSİYALAR

Ermənistanda Qarabağ müharibəsi zamanı itkin düşənlərin yaxınları ölkənin müdafiə idarəsinin binasını mühasirəyə almağa davam edirlər.

Djb.az-ın məlumatına görə, KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, həm piyadalar, həm də avtomobil nəqliyyatı üçün bütün yollar bağlanıb.

Aksiya aprelin 8-də səhər saatlarında başlayıb. İtkin düşənlərin yaxınları maşınlarla Müdafiə Nazirliyindən bütün giriş və çıxışları bağlayıblar. Etirazçılar ilə danışıqlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb və vətəndaşları idarənin binasının mühasirəsini dayandırmağa çağırsalar da, etirazçıları razı salmaq mümkün olmayıb.

Bu gün səhər isə etirazçılar nazirlik binasının üzərinə helikopterin endiyini görüblər. Helikopterdə müdafiə naziri Vaqarşak Arutyunyanın olduğu ehtimal olunub.

Oxunub: 791
Oxşar xəbərlər
SON XƏBƏRLƏR