dini radikalizm və ekstremizmlə mübarizə

Bayden aktivləşir: Hədəfdə İrəvan da var

Bayden aktivləşir: Hədəfdə İrəvan da var

ABŞ Prezidenti Cozef Bayden postsovet ölkələrini Rusiyadan qoparmaq üçün səylərini aktivləşdirir.

Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib. Onun sözlərinə görə, Vaşinqtonun diqqət mərkəzinə, xüsusilə, Belarus, Özbəkistan, Ermənistan və Qazaxıstan düşəcək:

“Bu, qarşımıza müttəfiqlərimiz olan ölkələrdə öz təsirimizin saxlanılması üçün yeni hədəflər qoyur”.

Puşkov Vaşinqtonun Kiyevlə hərbi tərəfdaşlığı gücləndirəcəyini bildirib. Senatorun fikrincə, Ukrayna ərazisində Amerikanın hərbi dəniz bazaları peyda olacaq.

ABŞ-ın Ukraynaya hücum silahları verəcəyini iddia edən Puşkov Vaşinqtonun Kiyevi aktiv şəkildə Qərb hərbi strukturlarına inteqrasiya edərək, NATO-nun qeyri-rəsmi üzvünə çevirəcəyini bildirib.

Oxunub: 406
Oxşar xəbərlər
SON XƏBƏRLƏR