dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyanın arvadından ŞOK ADDIM: Ölmüş əsgərin ailəsinə qarşı

Baxış Sayı:119

Paşinyanın arvadından ŞOK ADDIM: Ölmüş əsgərin ailəsinə qarşı

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan cəmiyyəti hiddətləndirən addımı ilə diqqət çəkib. Akopyan döyüşlərdə ölən əsgərin ailəsi onunla şəkil çəkdirməkdən imtina etdiyi üçün onları ziyrətdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Irakanum.am” saytı məlumat yayıb.

Məlumata görə, döyüşlərdə öldürülən ailənin üzvləri görüşə razılıq veriblər. Amma Anna Akopyanla şəkil çəkdirmək istəməyiblər. Bu səbəbdən Akopyan əsgərin ailəsi ilə görüşməkdən imtina edib. Anna Akopyanla birlikdə deputat Lena Nazaryan da əsgər ailəsi ilə görüşmək niyyətində olub.

Qeyd edək ki, Akopyan yeni il ərəfəsində bir çox ölmüş hərbçinin ailəsini ziyarət edib və həmin ailələrdə çəkilən fotoları “Facebook”dakı hesabında paylaşıb.

Baş nazirin arvadının bu dəfə şəkil çəkdirməkdən imtina edən ailə ilə görüşə getməməsi sosial şəbəkələrin erməni istifadəçilərini qəzəbləndirib. Onlar Akopyanın bu addımını kəskin tənqid ediblər və görüşlərin göstəriş üçün keçirildiyini yazıblar.

Xatırladaq ki, bu Anna Akopyanla bağlı ilk qalmaqal deyil. Akopyan döyüşlərdə ölmüş əsgərin ailəsini evində olarkən telefona baxıb gülməsi ilə diqqət mərkəzinə düşmüşdü. Akopyan telefona baxıb güldüyü vaxt əsgər anası ağlayırdı. /Missiya.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR