dini radikalizm və ekstremizmlə mübarizə

Peru məhkəməsi Soros, Qeyts və Rokefelleri COVID-19-un "yaradıcıları" adlandırdı

Baxış Sayı:84

Peru məhkəməsi Soros, Qeyts və Rokefelleri COVID-19-un "yaradıcıları" adlandırdı

Perunun cənubi İka bölgəsindəki Cinca və Pisko vilayətlərinin Apellyasiya Məhkəməsi yeni koronavirus pandemiyası növünün yaradılmasında “dünyanın hakim kriminal elitalarının” rolunu sübut etdi. Məhkəmə üzvləri bununla bağlı qərarlarını açıqlayıblar.

KONKRET.az xəbər verir ki, məhkəmə qərarının nüsxəsi bazar ertəsi günü Peru qəzetinin veb saytında yayımlanıb.

Məhkəmə qərarında deyilir ki, “Heç bir dünya dövləti, heç bir fiziki və ya hüquqi şəxs COVID-19 haqqında proqnoz verə bilməz. Lakin Bill Qeyts, Soros, Rokfeller kimi yeni dünya düzəninin müəllifləri epidemiyanı proqnozlaşdırır, istiqamətləndirir və idarə edirlər. Hətta 2030-cu ilə qədər proqnozlar verərək insanları depressiyaya və psixoloji problemlərə soxurlar”.

Xatırladaq ki, pandemiyanın başlanğıcından bəri dünyada təxminən 90,3 milyon insan koronavirusa yoluxub, 1,9 milyondan çoxu ölüb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR