dini radikalizm və ekstremizmlə mübarizə

“Kommersant”: Paşinyan milli razılıq hökumətinin yaradılmasına qarşı çıxdı

“Kommersant”: Paşinyan milli razılıq hökumətinin yaradılmasına qarşı çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə milli razılıq hökumətinin qurulmasına qarşı çıxıb. O, hökumətdə kadr dəyişikliyinin olacağını, ancaq hökumətin quruluşunun dəyişdirilməyəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Nəşr daha sonra yazır ki, bir neçə gün əvvəl prezident Armen Sarkisyan bildirmişdi ki, “Bizim vəzifəmiz milli razılıq mühiti yaratmaq, sabitlik və təhlükəsizliyi təmin etməkdir”.

Lakin Baş nazir prezidentin bu fikirlərinə qarşı çıxdı və dedi ki, “Belə bir başlıq altında bir hökumətin qurulması (milli razılıq – Kommersant) heç də həmişə milli birlik yaratmır”. Xatırladaq ki, bundan əvvəl Sarkisyan ölkədə növbədənkənar parlament seçkiləri keçirilməsini də vacib saymışdı. Amma onun bu çağırışı da havadan asılı qaldı.

Oxunub: 444
Oxşar xəbərlər
SON XƏBƏRLƏR