dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyənin Tunceli vilayətində iki terrorçu zərərsizləşdirilib

Türkiyənin Tunceli vilayətində iki terrorçu zərərsizləşdirilib

Türkiyənin Tunceli vilayətinin mərkəzindəki Ahpanos vadisi bölgəsində iki terrorçu zərərsizləşdirilib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Yıldırım 4 əməliyyatı çərçivəsində Tuncelinin mərkəzi bölgəsindəki Ahpanos vadisində, İl Jandarma Komandanlığı tabeliyindəki Jandarma Komando və Jandarma Xüsusi Əməliyyat bölmələri tərəfindən reallaşdırılan və Hərbi Hava Qüvvələri tərəfindən də dəstək verilən əməliyyatda 2 terror silahları ilə birgə zərərsizləşdirilib”, - deyə nazirliyin verdiyi açıqlamada qeyd edilib.

Tunceli valiliyindən verilən açıqlamaya görə, bölgədəki əməliyyatlar davam etdirilir.

Oxunub: 336
Oxşar xəbərlər
SON XƏBƏRLƏR