dini radikalizm və ekstremizmlə mübarizə

Bu ölkənin prezidenti qızını özünə məsləhətçi təyin etdi – MAAŞ ALMAYACAQ

Bu ölkənin prezidenti qızını özünə məsləhətçi təyin etdi – MAAŞ ALMAYACAQ

Polşa Prezidenti Andjey Duda qızı Kinganı özünə məsləhətçi təyin edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Kinga Duda Polşa prezidentinin rəsmi saytında prezidentin müşaviri olaraq qeyd edilib. Təhsilinə görə hüquqşünas olduğu və beynəlxalq ticarət və investisiya hüququ üzrə ixtisaslaşdığı deyilir.

Dudanın qızı ictimai əsaslarla atasının məsləhətçisidir. Ümumilikdə, prezidentin veb saytında könüllü olaraq prezidentin 13 müşaviri və gördüyü işlərə görə mükafat alan 7 müşavir haqqında məlumatlar var.

Polşa Prezidentinin özü də qızının müşavir olaraq pulsuz işlədiyini təsdiqləyib. “İctimai əsaslarla çalışan məsləhətçi könüllüdür. Bu vəzifədə heç bir maaş almır” deyə Duda “Twitter”də yazıb.

Bununla birlikdə, bəzi polşalılar bu təyinatda ABŞ prezidenti İvanka Trampın qızının da atası Donald Trampın müşaviri olmasında bir oxşarlıq tapıblar.

“Bizim öz İvanka Trampımız var. Kinga Duda prezidentin rəsmi məsləhətçisi oldu” deyə Polşanın məşhur radiostansiyası RMF FM-nin jurnalisti Kşiştof Berenda “Twitter”də vurğulayıb.

Oxunub: 614
Oxşar xəbərlər
SON XƏBƏRLƏR