dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda daha 152 nəfər koronavirusa yoluxub


Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 152 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 2227 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1369 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

Oxunub: 440
Oxşar xəbərlər
SON XƏBƏRLƏR