dini radikalizm və ekstremizmlə mübarizə

Trampın köməkçisi koronavirusa yoluxdu

Trampın köməkçisi koronavirusa yoluxdu

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Robert O’Brien koronavirusa yoluxub. Onun testi müsbət nəticə verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Bloomberg agentliyi yayıb.

Nəşrin yazdığına görə, O’Brien ailə mərasimindən sonra yoluxub.

Ötən həftənin sonundan bəri o, kabinetində görünməyib, lakin həmsöhbətlərin agentliyə dediyi kimi, işini uzaqdan yerinə yetirib.

O’Brienin Tramp ilə sonuncu dəfə təmas qurduğu haqda məlumat verilmir.

Ağ Ev hələ də informasiyanı şərh etməyib.

Daha əvvəl Tramp adminsitrasiyası ABŞ prezidentinin Amerikada COVID-19 üçün ən çox sınaqdan keçən şəxs olduğunu söyləyib.

İyulun 22-nə olan məlumata görə, Ağ Ev rəhbərinin yaxın adamlarından heç biri, nə də özü koronavirusla xəstələnməyib.

Oxunub: 449
Oxşar xəbərlər
SON XƏBƏRLƏR