dini radikalizm və ekstremizmlə mübarizə

Amerika polisi rusiyalı jurnalistlərə hücum etdi – kameraları sındırıldı

Amerika polisi rusiyalı jurnalistlərə hücum etdi – kameraları sındırıldı

ABŞ polisi Oreqon ştatının Portland şəhərində etirazları işıqlandıran Rusiyanın “Birinci Kanal”ının jurnalistlərinə hücum edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Qeyd olunur ki, asayiş keşikçiləri çəkiliş qrupunun üzvlərini vurub və kameralarını sındırıblar.

Portlenddəki etirazlar təxminən ay yarımdır ki, davam edir. Polisin azğınlığı nəticəsində qaradərili amerikalı Corc Floydun ölümü iğtişaşlara səbəb olub.

Portlanddakı etirazçıları dağıtmaq üçün federal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Buna görə ABŞ rəhbərliyi və prezident Donald Tramp tənqid edilib.

May ayında CNN televiziya qrupu Floydun öldüyü Minneapolisdə iğtişaşları işıqlandırarkən tutulub. Daha sonra bu hadisə ilə əlaqədar Minnesota qubernatoru CNN-dən üzr istəyib.

Müxbir və çəkiliş qrupu sərbəst buraxılıb.

Oxunub: 396
Oxşar xəbərlər
SON XƏBƏRLƏR