dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar yaradılan Elm Qurumunun növbəti toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, son 24 saatda 49 302 şübhəli koronavirus testindən keçib, onlardan 1041-nin cavabı pozitiv çıxıb. Bu gün daha 2219 xəstə sağalıb.

Türkiyədə indiyədək 208 938 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5302 nəfər ölüb, 187 511 nəfər müalicə olunaraq evə buraxılıb.

F.Qoca qurban bayramı ərəfəsində Türkiyənin infeksiya yayılan bəzi bölgələrində xüsusi karantin rejiminin tətbiq olunacağını istisna etməyib.

Nazir toy və əsgər yola salma mərasimlərində COVID-19-la mübarizə qaydalarının pozulduğunu da vurğulayıb. Bu səbəbdən də 8 vilayətdə əsgər yolasalma şənliklərinin qadağan olunduğunu qeyd edib.

Oxunub: 566
Oxşar xəbərlər
SON XƏBƏRLƏR