dini radikalizm və ekstremizmlə mübarizə

Moskvada COVID-19 infeksiyası qurbanlarının sayı 4000-i ötüb


Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 28 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4027-yə çatıb. Epidemiyanın əvvəlindən bəri 226,2 mindən çox Moskva sakini koronavirusa yoluxub, 159,7 mindən çox xəstə isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Rusiyada indiyədək 694 230 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6368 nəfər bu virusa yoluxub, 198 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 10 494 nəfərdir, indiyədək 463 880 nəfər sağalıb.

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR