» » İtaliyada koronavirusa yoluxanları sayı 240 310-a yüksəlib

İtaliyada koronavirusa yoluxanları sayı 240 310-a yüksəlib

  • 29-06-2020, 07:55
  • dunya
  • 107
İtaliyada koronavirusa yoluxanları sayı 240 310-a yüksəlib

İtaliyada bir gün ərzində koronavirusdan ölənlərin sayı 22 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə təhlükəli infeksiyadan ölüm hallarının ümumi sayı 34 738-ə çatıb.

Məlumata görə, bir gün ərzində COVID-19-a 174 yeni yoluxma aşkar edilib. Beləliklə, koronavirusa yoluxma hallarının ümumi sayı 240 310-a yüksəlib.

İtaliyanın baş naziri Cuzeppe Konte daha əvvəl bildirib ki, ölkə koronavirus pandemiyasının kritik həddini üstələyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031