dini radikalizm və ekstremizmlə mübarizə

Böyük Britaniyada inflyasiya dördillik minimuma enib

Böyük Britaniyada inflyasiya dördillik minimuma enib

COVID-19 pandemiyası səbəbindən neft bazarında tələbin kəskin azaltması fonunda Böyük Britaniyada mayda inflyasiya 0,5%-dək yavaşlayıb və bu, 2016-cı ilin iyun ayından bəri ən aşağı göstəricidir.

"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin dərc etdiyi məlumatda deyilir.

Statistika İdarəsinin məlumatına görə, volatil olan enerji məhsullarının, ərzaq, spirtli içkilər və tütün məhsullarının qiymətlərinin daxil olmadığı baza inflyasiya səviyyəsi isə mayda 1,2%-ə enib (apreldə 1,4% olub). İnflyasiyanı yavaşladan əsas amillər yanacaq, geyim və nəqliyyat xərcləri olub.


Xatırladaq ki, Böyük Britaniya iqtisadiyyatı apreldə aylıq müqayisədə rekord səviyyədə azalıb – 20,4%.

Oxunub: 405
Oxşar xəbərlər
SON XƏBƏRLƏR