dini radikalizm və ekstremizmlə mübarizə

Zelenskinin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

Zelenskinin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya Kiyevdəki bir xəstəxanaya yerləşdirilib.

Bu haqda məlumatı prezidentin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, keçən həftə müayinədən sonra birinci xanımda koronavirus aşkar edilib.

“Yelena Zelenskayanın diaqnozu ind COVID-19-dur. Orta ağırlıqda ikitərəfli polsezimal sətəlcəmdir. DN 0. Süni oksigenə bağlanmasına ehtiyac yoxdur. Vəziyyəti sabitdir” deyib.

Prezidentin xanımı təcrid vəziyyətində, həkimlərin nəzarəti altındadır.

Dünən Vladimir Zelenski və uşaqları üçün götürülən testlər mənfi nəticə göstərib.

Xatırladaq ki, bir müddət əvvəl Vladimir Zelenski ukraynalıları sakitləşdirmək üçün koronavirusa yoluxmaq istədiyini bildirmişdi. //KONKRET.az

Oxunub: 438
Oxşar xəbərlər
SON XƏBƏRLƏR