dini radikalizm və ekstremizmlə mübarizə

Çilidə koronavirusa yoluxan 111 yaşlı qadın sağalıb


Çilidə koronavirusa yoluxmuş 111 yaşlı qadın tam sağalıb.

Bu barədə “24 Horas” televiziyası məlumat yayıb.

Qadında koronavirusa yoluxma aprelin 12-də aşkarlanıb.

Xəstəni müalicə edən həkimlər bildirib ki, qadında xəstəliyin əlamətləri çətinliklə özünü büruzə verib.

Qocalar evinin rəhbəri Maria Paz Sordo deyib ki, 111 yaşlı xəstədə bir-iki dəfə yüksək temperatur müşahidə edilsə də, öskürək qeydə alınmayıb. Lakin onun əvvəllər tənəffüslə bağlı problemləri olduğu vurğulanıb.

Qeyd edək ki, Çilidə ilk dəfə təsdiqlənmiş koronavirus hadisəsi martın 3-də aşkarlanıb. Bu günə qədər ölkədə 77900-dən çox yoluxma, 806 ölüm hadisəsi qeydə alınıb. //Apa.az

Oxunub: 425
Oxşar xəbərlər
SON XƏBƏRLƏR