» » Rəcəb Tayyib Ərdoğan: "Terrorçuların hədəfi Türkiyə vətəndaşları arasında parçalanma yaratmaqdır"

Rəcəb Tayyib Ərdoğan: "Terrorçuların hədəfi Türkiyə vətəndaşları arasında parçalanma yaratmaqdır"

  • 4-01-2017, 17:16
  • dunya
  • 84
Rəcəb Tayyib Ərdoğan: "Terrorçuların hədəfi Türkiyə vətəndaşları arasında parçalanma yaratmaqdır"
"İstanbulda və Türkiyənin digər bölgələrində törədilən terror aktlarının hədəfi ölkə vətəndaşları arasında parçalanma yaratmaqdır".
Djb.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə terrorla mübarizədə heç vaxt təslim olmayacaq və mübarizəsini davam etdirəcək.
R.T.Ərdoğan qeyd edib ki, rəsmi Ankaranın başqa ölkələrin daxili işlərinə müdaxilə elədiyi haqda deyilənlərin heç bir əsası yoxdur və belə mövqe tutanları sərt formada ittiham edib. Onun sözlərinə görə, Türkiyə regionda sabitliyin bərpa edilməsi üçün əlindən gələni edir və bu cür fikir bildirənlərin proseslər haqda məlumatı yoxdur.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031