» » Bağdadinin varisi Kardaş həbs edildi

Bağdadinin varisi Kardaş həbs edildi

  • 21-05-2020, 07:43
  • dunya
  • 60

İraq xüsusi xidmət orqanları İŞİD-in öldürülən rəhbəri Əbubəkr əl-Bağdadinin xələfi Əbdül Naser Kardaşın ələ keçirildiyini elan edib.

Bu barədə “TASS” “Alsumaria” telekanalına istinadən xəbər yayıb. Həbsin etibarlı mənbənin verdiyi məlumat əsasında gerçəkləşdiyi qeyd olunub.

Qeyd edək ki, İŞİD-in yeni lideri sayılan Kardaşın əsl adı Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maulyadır. O, 1976-cı ildə İraqın Tall-Afare şəhərində türkmən ailəsində anadan olub. “Əl-Qaidə” terror qruplaşmasının üzvü olub. Məlumatlara görə, Kardaş Bağdadi ilə 2004-cü ildə Amerikanın İraqdakı Kemp-Bukka həbsxanasında tanış olub. Kardaş İŞİD-in ideoloqlarından hesab olunur və əməliyyatların təşkilində yaxından iştirakı ilə tanınır. O, 2015-ci ildən ABŞ-ın terrorçular siyahısındadır. ABŞ onun tutulması üçün 5 milyon dollar pul mükafatı ayırmışdı.

Xatırladaq ki, əl-Bağdadinin 2019-cu ilin oktyabrında öldürüldüyü elan edilib. //Qafqazinfo
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031