dini radikalizm və ekstremizmlə mübarizə

İspaniya parlamenti yüksək hazırlıq rejimini 5-ci dəfə uzatdı


yüksək hazırlıq rejimini 5-ci dəfə uzatdı
İspaniya parlamenti yüksək hazırlıq rejimini 5-ci dəfə uzatdı

İspaniya Deputatlar Konqresi (parlamentin aşağı palatası) yeni növ koronavirusun yayılması səbəbindən yüksək hazırlıq rejiminin iyunun 7-dək uzadılması ilə bağlı hökumətin müraciətini təsdiqləyib.

Martın ortalarında Nazirlər Şurası sakinlərin hərəkətini məhdudlaşdıran yüksək hazırlıq rejiminin 15 gün müddətinə tətbiqinə razılıq vermişdi. Onun uzadılması üçün Deputatlar Konqresinin icazəsi tələb olunurdu. Parlament artıq beşinci dəfədir rejimi uzadır. Bununla yanaşı, hökumət bu məsələ ilə bağlı ölkənin əsas müxalif siyasi qüvvəsi olan - Xalq Partiyasının dəstəyini itirib.

Bu dəfə Nazirlər Kabineti rejimi bir aydan çox müddətə uzatmaq istəyirdi. Bununla belə, mərkəzçi "Vətəndaşlar" Partiyası ilə danışıqlardan sonra yalnız 15 gün müddətinə uzadılmasına dair razılıq əldə olundu.

Qeyd edək ki, İspaniyada 232,5 mindən çox yoluxma, 27 888 ölüm halı qeydə alınıb. Eyni zamanda, İspaniyada koronavirusun yayılma səviyyəsi azalmaqdadır. Bununla əlaqədar olaraq, Krallığın hökuməti tədricən məhdudiyyətləri yumşaldır.

Oxunub: 466
Oxşar xəbərlər
SON XƏBƏRLƏR