dini radikalizm və ekstremizmlə mübarizə

ŞAD XƏBƏR: ABŞ koronavirus peyvəndinin nəticələrini açıqladı


İnsanlar üzərində ilk dəfə yeni növ koronavirus peyvəndini sınaqdan keçirən ABŞ-ın “Moderna” şirkəti nəticələr barədə məlumat yayıb.

İlk sınaqların uğurlu nəticələr verdiyi bildirilib. Məlumata görə, peyvənd 8 nəfərə tətbiq edilib. Peyvəndin 3 nəfər üzərində kiçik mənfi təsirləri olsa da, bu narahatedici səviyyədə deyil. Peyvəndin növbəti mərhələsi ilə bağlı testlərin yaxın günlərdə başlayacağı açıqlanıb. Bu məqsədlə yüzlərlə insanın sınaqlara qoşulacağı gözlənilir.

Bu sevindirici xəbərdən sonra Nyu-York birjasında bahalaşma müşahidə olunub. Birjanın qiymətlərində 700 bal artım olub. //Konkret.az

Oxunub: 454
Oxşar xəbərlər
SON XƏBƏRLƏR