dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan: “Türkiyədə tədris ilinin başa çatdırılmasına qərar verdik”


"Türkiyə Təhsil Nazirliyinin nəzdində olan məktəblərdə 2019-2020-ci tədris ilinin başa çatdırılmasına qərar verdik".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVID-19) bağlı nazirlərlə keçirilən videokonfransdan sonra belə bildirib.

Türkiyə Prezidenti deyib ki, yeni tədris ilinə ənənəvi qaydada sentyabr ayından başlanılacaq: "Universitetlərlə bağlı vəziyyəti daha əvvəlcədən Ali Təhsil Şurası açıqlayıb".

R.T.Ərdoğan onu da bildirib ki, dövlət və özəl körpələr evi - uşaq bağçaları 15 iyundan fəaliyyətə başlayacaq. COVID-19-la mübarizə tədbirlərilə əlaqədar nazirliklər və digər dövlət qurumlarının ağırlaşdırılmış iş rejimində fəaliyyəti isə davam edir. //Apa.az

Oxunub: 507
Oxşar xəbərlər
SON XƏBƏRLƏR