dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda koronavirusa yoluxanların sayı 695 nəfərə çatıb


Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 695 nəfərə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.ge” internet saytında bildirilib.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 3822 nəfər karantində saxlanılır, 360 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Həmçinin bildirilib ki, indiyədək virusa yoluxanlardan 425 nəfəri sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib. //Apa.az

Oxunub: 468
Oxşar xəbərlər
SON XƏBƏRLƏR