dini radikalizm və ekstremizmlə mübarizə

Süleyman Soylu: “Ağrıdakı terror aktına görə daha iki terrorçu zərərsizləşdirilib”


Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonundakı terror aktında zirehli avtomobilə raket hücumu edən daha 2 terrorçu zərərsizləşdirilib.

Bu barədəTürkiyənin Daxili İşlər naziri Süleyman Soylu "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, keçən həftə bu hadisədə günahsız insanları qətlə yetirən 3 terrorçu da zərərsizləşdirilib.

Qeyd edək ki, bu il martın 2-də Doğubəyazitin Gürbulak Gömrük Məntəqəsinə aid zirehli avtomobilə edilən raket hücumu nəticəsində iki nəfər ölüb, 30-dək insan yaralanıb. //Apa.az

Oxunub: 493
Oxşar xəbərlər
SON XƏBƏRLƏR