dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə koronavirusdan daha 55 nəfər ölüb


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 55 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 32722 şübhəli koronavirus testindən keçib, onlardan 1114 cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3841 nəfər ölüb, 139771 nəfər bu infeksiyaya yoluxub, 95780 nəfəri isə müalicə olunub.

Bu gün 3089 xəstə evə buraxılıb.

Fəxrəddin Qoca “tədbirlərə əməl etsək, bu xəstəliyə yoluxma sayı günlük mindən az olacaq”, deyə bildirib. //Apa.az

Oxunub: 430
Oxşar xəbərlər
SON XƏBƏRLƏR