dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda koronavirusa yoluxanların sayı 638-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 638-ə çatıb

Gürcüstanda daha 3 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.gov.ge” xüsusi internet saytında bildirilib. Bununla da ölkədə təsdiqlənmiş yoluxanların sayı 638 nəfərə çatıb.

Qonşu ölkədə koronavirus səbəbi ilə 4896 nəfərin karantində saxlanıldığı, 444 nəfər isə stasionar şəraitdə müalicə olunduğu bildirilib. Yoluxanlardan 317-si sağalıb, 10-u isə ölüb.

Xatırladaq ki, Gürcüstanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. //Apa.az

Oxunub: 455
Oxşar xəbərlər
SON XƏBƏRLƏR