dini radikalizm və ekstremizmlə mübarizə

Misirdə mayın 15-dən otellər fəaliyyətə başlayacaq

Misirdə mayın 15-dən otellər fəaliyyətə başlayacaq

Misir mayın 15-dən etibarən kurort bölgələrindəki otellərin fəaliyyətini bərpa edəcək, lakin sözügedən obyektlərdən yalnız daxili turistlər faydalana biləcək.

Bu barədə çərşənbə axşamı “Əl Ahram” informasiya portalı məlumat yayıb.

Bildirilib ki, turizm sektorunu bərpa etmək üçün hökumət tətbiq olunan məhdudiyyətləri tədricən qaldırmağa başlayacaq: “Mayın 15-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq, müvafiq qaydalara əməl edilməklə yerli turistlər üçün ölkə daxilində otellər işə başlayacaq”.

Turizm Nazirliyinin qərarına əsasən, ilk mərhələdə otellərdəki otaqların 25%-I turistlərin ixtiyarına veriləcək. İyun ayının əvvəlində isə bu rəqəm 50%-ə qədər artırılacaq.

Nazir Xalid Əhməd əl-Anani bildirib ki, yalnız karonavirusla mübarizə çərçivəsində bütün tələbləri və tövsiyələri ciddi şəkildə yerinə yetirən otellər qonaqların sayını artıra biləcəklər. //Apa.az

Oxunub: 489
Oxşar xəbərlər
SON XƏBƏRLƏR