dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə 3 günlük küçəyə çıxmaq qadağası başladı

Türkiyədə 3 günlük küçəyə çıxmaq qadağası başladı

Türkiyədə yeni növ koronavirus epidemiyası səbəbindən 3 günlük küçəyə çıxmaq qadağası yenidən qüvvəyə minib.

Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldak daxil olmaqla 31 şəhərdə məhdudiyyətlər bu gündən tətbiq olunmağa başlayıb.

Qadağa mayın 4-dək qüvvədə olacaq. Bu müddətdə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı şəxslərin küçəyə çıxmasına icazə verilməyəcək. Mayın 1-də marketlər saat 09:00-dan 14:00-dək açıq olacaq. Digər zəruri ehtiyaclar evlərə sifarişlə çatdırılacaq. 2-3 may tarixlərində isə market və dükanlar da bağlı olacaq. Məhdudiyyətlər sadəcə çörək bişirilən və satılan məkanlara tətbiq edilməyəcək. //Qafqazinfo

Oxunub: 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR