dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyənin 31 şəhərində tətbiq edilən küçəyə çıxma qadağasının müddəti bitib


Koronavirus infeksiyası ilə əlaqədar Türkiyənin 31 şəhərində tətbiq olunan dörd günlük küçəyə çıxma qadağası aprelin 27-də yerli vaxtla saat 00:00-da başa çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu müddət ərzində tətbiq olunan qadağaları pozan 35 min 422 nəfər barəsində inzibati cəza tətbiq olunub.

Bildirilib ki, komendant saatının başa çatmasına baxmayaraq, Türkiyənin 31 şəhəri üçün nəzərdə tutulan giriş-çıxış məhdudiyyəti, eləcə də 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşların karantin müddəti davam edir. Ölkə daxilində polis və jandarma əməkdaşları tərəfindən vətəndaşların sıx məskunlaşdığı bölgələrdə sosial məsafə və maska taxma zəruriliyi ilə bağlı yoxlamalar növbəti həftə də intensiv şəkildə davam etdiriləcək.

Qeyd edək ki, hazırda Türkiyənin 51 şəhərinin 162 yaşayış məntəqəsi karantinə alınıb.

Oxunub: 481
Oxşar xəbərlər
SON XƏBƏRLƏR