» » Fransada koronavirusdan ölənlərin sayı 20,7 mini keçib

Fransada koronavirusdan ölənlərin sayı 20,7 mini keçib

  • 22-04-2020, 07:52
  • dunya
  • 74

“Fransada COVID-19 epidemiyası son sutka ərzində 531 nəfərin ölümünə səbəb olub”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Baş Səhiyyə İdarəsinin baş direktoru Jerome Salomon keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu günə qədər ölənlərin sayı 20796 nəfər olub: "Onlardan 12 900 nəfəri xəstəxanalarda, digər 7896 nəfəri isə qocalar evlərində, digər tibbi və sosial müəssisələrdə ölüb”.

Baş direktorun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin sayı 30 106 nəfərə çatıb: “Hazırda reanimasiyada 5443 nəfər var. Son 13 gün ərzində reanimasiyada olanların sayında azalma müşahidə olunub. Ölkə üzrə COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 117 324 nəfərdir”.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031