dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan: “Dünya COVID-19-la mübarizədəykən fəallığını artıran terrorçulara aman verməyəcəyik”


“Türkiyə gücünü beynəlxalq hüquqdan və öz mənafeyini qorumaq iradəsindən almaqla Aralıq dənizindəki bütün oyunların qarşısını kəsir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə videokonfrans vasitəsilə nazirlərlə görüşündən sonra belə bildirib.

Prezident deyib ki, toplantının əsas mövzusu yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri olsa da, Suriya, Liviya ilə bağlı son baş verənlər də nazirlərlə vidokonfransda müzakirə edilib.

R.T.Ərdoğan bildirib ki, Liviya ilə Türkiyə arasında Aralıq dənizindəki sərhədlərin müəyyənləşdirilməsi haqqındakı müqavilədən narahat olan ölkələr bu müqavilənin şərtlərini pozmaq cəhdlərini davam etdirir: “Rəsmi Liviya hökumətini devirmək istəyən admiral Xəlifə Haftarı da bir daha ölkənin idarəetməsinə dəstək verməyə dəvət edirik. Separatçı təşkilatın koronavirusla beynəlxalq mübarizə tədbirlərini nəzərə almayaraq terror hücumlarına davam etməsi terrorun çirkin üzünü bir daha ifşa edir”.

Türkiyə Prezidenti deyib ki, dünya yeni növ koronavirusla mübarizədə ikən Suriya rejimi də bunu fürsətə çevirib İdlibdə hücumlarını artırmağa başlayıb: “Rusiya ilə bağladığımız 5 Mart Soçi razılaşmasına riayət etməklə bərabər biz bu razılaşmanın şərtlərini pozan fürsətçilərə imkan yaratmayacağıq. Eyni zamanda İdlibdə atəşkəs rejiminin pozmaq üçün təxribatlar törədən təşkilatları da yerlərində oturduruq”.

Ərdoğan bildirib ki, Türkiyə daxilində və xaricində terror təşkilatlarının fəaliyyətlərinin artmasına fürsət verməməkdə qərarlıdır. Bu çərçivədə də son iki həftədə 38 terrorçu Türkiyə ordusu tərəfindən məhv edilib

Oxunub: 414
Oxşar xəbərlər
SON XƏBƏRLƏR