dini radikalizm və ekstremizmlə mübarizə

Moskvada daha 12 nəfər koronavirusdan öldü

Moskvada daha 12 nəfər koronavirusdan öldü

Rusiyanın paytaxtı Moskva şəhərində daha 12 pasiyent koronavirusdan vəfat edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə yeni koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, ölənlərin 33-87 yaşı olub. 39 və 42 yaşlı pasiyentlər ürək problemindən, xəstələnənlərdən dördü xroniki bronxitdən əziyyət çəkirdilər. 30 yaşlı pasiyent xəstəxanaya yerləşdirilməyib və tibb müəssisələrinə kömək üçün müraciət etməyib. Pasiyentlərdən biri federal xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Rusiyada indiyədək 10 mindən çox insan koronavirusa yoluxub, 70-dən çox pasiyent vəfat edib, 600-dən çox insan sağalıb.

Oxunub: 471
Oxşar xəbərlər
SON XƏBƏRLƏR