dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə 601 tibb işçisi koronavirusa yoluxub, 1 professor vəfat edib

Türkiyədə 601 tibb işçisi koronavirusa yoluxub, 1 professor vəfat edib

“Hörmətli professorumuz Cəmil Taşçıoğlunun vəfatı bizim üçün böyük bir itkidir. Çox gözəl bir insan idi. Vəzifəsini sona qədər ləyaqətlə yerinə yetirərək həyatını itiridi”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bu gün koronavirusdan dünyasını dəyişən İstanbul Üniversitetinin Tibb fakültəsinin daxili xəstəliklər üzrə professoru Cəmil Taşçıoğlu barədə danışarkən deyib.

Həkimlərin fədakarlığını xüsusi qeyd edən nazir kövrələrək onlardan 601 nəfərinin yeni virusa yoluxduğunu vurğulayıb: “Bütün məsuliyyət və ağır yük səhiyyə işçilərinin çiyinlərindədir. Onların cəfakeşliyi gözlərimiz önündədir. Onları qorumaq üçün hər cür tədbirlər görürük”.

Oxunub: 393
Oxşar xəbərlər
SON XƏBƏRLƏR