» » Bu ölkədə də karantin rejimi uzadıldı

Bu ölkədə də karantin rejimi uzadıldı

  • 1-04-2020, 09:58
  • dunya
  • 87
Bu ölkədə də karantin rejimi uzadıldı
Tunis hakimiyyəti koronavirus səbəbindən ölkədə karantin rejimini iki həftə uzadıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti”yə ölkə Prezidenti Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Tunis Milli Təhlükəsizlik Şurası çərşənbə axşamı günü keçirdiyi iclasda karantin rejimini iki həftə uzatmaq qərarına gəlib”, - məlumatda deyilir. Martın 22-də tətbiq edilən karantin aprelin 5-də başa çatır, beləliklə, hakimiyyət sözügedən tədbirləri aprelin 19-dək uzadıb.

Tunisdə karantin qaydalarının əməl edilməsinə ordu nəzarət edir, helikopterlər cəlb olunub.

Qeyd edək ki, indiyədək Tunisdə 362 nəfər koronavirusa yoluxub, 10 pasiyent dünyasını dəyişib.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31