dini radikalizm və ekstremizmlə mübarizə

Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişib

Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişib

“Moskvada xroniki xəstəlikləri olan və koronavirusa yoluxduqları təsdiqlənmiş daha 4 nəfər ölüb”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla əlaqədar vəziyyətin monitorinqi və izlənməsi üzrə Əməliyyat Qərargahının rəsmi "Telegram" kanalında bildirilib.

“Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus testlərinin cavabı müsbət olan 4 xəstə ölüb. 76-86 yaş aralığında olan xəstələrdə xroniki, xüsusilə ürək-damar xəstəliyi vardı”, - qərargahın məlumatında qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, dünyasını dəyişmiş 4 xəstədə yoluxucu xəstəliklər - xroniki pielonefrit, bronxial astma, xroniki beyin işemiyası müşahidə edilib.

Ölənlərdən ikisi şəkərli diabetdən əziyyət çəkirmiş.

Xatırladaq ki, daha əvvəl Moskvada koronavirusdan ölənlərin sayı 7 nəfər idi.

Oxunub: 411
Oxşar xəbərlər
SON XƏBƏRLƏR