» » İtaliyada son bir gündə 743 nəfər koronavirusdan ölüb

İtaliyada son bir gündə 743 nəfər koronavirusdan ölüb

  • 25-03-2020, 08:47
  • dunya
  • 27
İtaliyada son bir gündə 743 nəfər koronavirusdan ölüb

İtaliyada son sutka ərzində koronavirusdan 743 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli

brifinqə bildirib.

O qeyd edib ki, İtaliyada bu günədək COVID-19 virusundan ölənlərin sayı 6820-yə çatıb: “Son 24 saatda ölkədə 5249 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İtaliyada koronavirusa yoluxanların sayı 69176-ya çatıb”.

A.Borelli əlavə edib ki, sağalanların sayı 894 nəfər artaraq, ümumilikdə 8326-ya yüksəlib.

Xatırladaq ki, İtaliyada son 3 gündə koronavirusdan ölənlərin sayında azalma müşahidə edilirdi.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930