» » Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəlib

Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəlib

  • 25-03-2020, 08:36
  • dunya
  • 18
Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəlib

"Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəlib, onlardan birinin vəziyyəti son dərəcə ağırdır".

APA “med.news”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, xəstələrin əksəriyyəti “Nork” Yoluxucu Xəstəliklər Mərkəzindədir: “Yoluxanların əksəriyyətində hərarət və ya digər simptomlar yoxdur, infeksiyanın yayılmasının qarşısını almaq üçün xəstəxanada qalırlar”.

Baş nazirin sözlərinə görə, yoluxmuş insanlar arasında 11 xəstənin yaşı 65-dən, 5-nin yaşı isə 70-dən yuxarıdır: "Xəstələr arasında yaşı 80-dən yuxarı olan yoxdur. 30 xəstədə pnevmoniyadır, onlardan 5-i reanimasiya şöbəsindədir, bir nəfərin vəziyyəti son dərəcə ağırdır”.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930