dini radikalizm və ekstremizmlə mübarizə

Britaniyada koronavirusa yoluxanların 6,6 min nəfəri keçib

Britaniyada koronavirusa yoluxanların 6,6 min nəfəri keçib

Böyük Britaniyada gün ərzində yeni növ koronavirusa yoluxma hallarının sayı, demək olar ki, 1000 artaraq 6,6 min nəfəri keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Məsələlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, ölənlərin sayı 54 nəfər artaraq 335-ə çatıb.

“Martın 23-də səhər saat 9-da Birləşmiş Krallıqda 83 945 nəfər koronavirus infeksiyası üçün sınaq testlərindən keçib. 77 295 halda test nəticələri mənfi, 6650 halda isə müsbət oldu", - sənəddə deyilir.

Oxunub: 386
Oxşar xəbərlər
SON XƏBƏRLƏR