dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstandan daha 51 Azərbaycan vətəndaşı vətənə göndərilib

Gürcüstandan daha 51 Azərbaycan vətəndaşı vətənə göndərilib

Avropa və Türkiyədən gələn daha 51 Azərbaycan vətəndaşı Gürcüstan ərazisinə daxil olub.

APA-nın yerli bürosuna bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilən şəxslər səhər saat 8-9 radələrində “Sınıq Körpü” gömrük keçid məntəqəsinə çatacaqlar.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi daha əvvəl martın 13-16-da Gürcüstanın Xarici İşlər Nazirliyi, Türkiyənin Gürcüstandakı səfirliyi və Baş Konsulluğu ilə aparılan danışıqlar nəticəsində Türkiyədən və Avropadan gələn 170 Azərbaycan vətəndaşının təxliyəsini təşkil edib.

Təxliyə edilənlər Gürcüstan tərəfinin ayırdığı xüsusi avtobuslarla patrul polisinin müşayiəti ilə Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq Körpü” gömrük-keçid məntəqəsi çatdırılıblar. Təxliyə olunanlar burada “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) təhvil verilib.

Oxunub: 446
Oxşar xəbərlər
SON XƏBƏRLƏR