dini radikalizm və ekstremizmlə mübarizə

Deputat koronavirusa yoluxdu- Fransada

Deputat koronavirusa yoluxdu- Fransada

Fransa Milli Assambleyasının (parlament) deputatı, Fransa-Azərbaycan dostluq qrupunun üzvü, 68 yaşlı Jan-Lük Reitzer COVID-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib. “Report” xəbər verir ki, bu barədə “France Bleu" bildirib. Məlumata görə, onun vəziyyəti ağırdır. Elzas regionundan Respublikaçılar partiyasını təmsil edən parlament üzvü tənəffüs yollarının problemi ilə intensiv terapiya şöbəsindədir. Onun koronavirusa yoluxması təsdiqlənib. Bildirilir ki, deputat son dəfə fevralın 25-də parlamentin iclasında iştirak edib. Son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 420 nəfəri ötüb, virusa yoluxmuş 7 nəfər ölüb. Elzas regionu xəstəliyin yayılması mərkəzlərindən biridir.

Oxunub: 445
Oxşar xəbərlər
SON XƏBƏRLƏR